- Konfrans liqası
- 23:28 15.10.2026
UEFA Konfrans Liqasının əsas mərhələsinin ilk turunda “Trabzonspor” səfərdə Finlandiyanın KuPS komandası ilə qarşılaşıb.
90deqiqe.Az--ın məlumatına görə, görüş Türkiyə təmsilçisinin qələbəsi ilə başa çatıb.
Matçda “Trabzonspor”un heyətində Onuachu, Salah və Dju (2) fərqləniblər. Meydan sahiblərinin qollarını isə Pennanen və Engvall vurublar. Qarşılaşmada Onana Parzışekin penalti zərbəsini dəf edərək komandasını qoldan xilas edib.
Qeyd edək ki, bu qələbədən sonra “Trabzonspor” xallarının sayını 3-ə çatdırıb. KuPS isə ilk turdan sonra xalsız qalıb.