- Konfrans liqası
- 01:45 16.10.2026
Konfrans Liqasında “Kopenhagen” “Braqa” üzərində 3:0 hesablı qələbə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, ilk hissədə komandalar hesabı aça bilməyiblər. Fasilədən sonra isə Danimarka klubu fəallığını artıraraq qol imkanlarından yararlanıb. 49-cu dəqiqədə Məhəmməd Elyunussi portuqaliyalıların qapısına yol taparaq meydan sahiblərini önə keçirib.
Bundan sonra “Braqa” hesabı bərabərləşdirməyə çalışsa da, “Kopenhagen”in müdafiəsi etibarlı oyun nümayiş etdirib. 79-cu dəqiqədə Andreas Kornelius fərqi iki topa çatdırıb. Cəmi yeddi dəqiqə sonra yenidən fərqlənən Kornelius dublunu rəsmiləşdirərək matçın yekun hesabını müəyyənləşdirib.