- Konfrans liqası
- 01:45 16.10.2026
“Trabzonspor”un baş məşqçisi Tomas Reys Konfrans Liqasının oyununda Finlandiyanın KuPS komandasını səfərdə 4:2 hesabı ilə məğlub etdikləri qarşılaşmadan sonra Məhəmməd Salahın çıxışını yüksək qiymətləndirib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı oyundan sonrakı mətbuat konfransında bunları deyib.
“Titullar qazanmaq üçün komandada Məhəmməd Salah kimi güclü futbolçu olmalıdır. Hiss edirəm ki, o, bu mövsüm bizi çempionluğa aparacaq. Onun liderlik düşüncəsi bütün “Trabzonspor” komandasının oyununa istiqamət verir”
Almaniyalı mütəxəssis futbolçulara topu daha tez-tez misirli hücumçuya ötürməyi tapşırdığını da söyləyib.
“Mən komandaya dedim ki, o, bizim pleymeykerimizdir və imkan düşən kimi topu ona ötürmək lazımdır. Bu gün o, ən yaxşı ötürmələrindən biri ilə matçın nəticəsinə təsir etdi, daha sonra isə qələbəmizi möhkəmləndirən qolu vurdu.
O, hər dəfə topa toxunanda xüsusi nəsə yarada biləcəyini anlayırsan. Kluba və şəxsən ona bu komandanı seçdiyinə, töhfə vermək qərarına görə minnətdaram. Onun tayı-bərabəri yoxdur. Artıq onun qüsursuz çıxışlarına təəccüblənmirəm, çünki Avropanın ən güclü liqalarından birində necə oynadığını görmüşəm”, – deyə mütəxəssis əlavə edib.
Qeyd edək ki,misirli futbolçu bir qol vurub və bir məhsuldar ötürmə edib.Salah “Liverpul”da 9 il çıxış etdikdən sonra azad agent kimi “Trabzonspor”a qoşulub. O, komandanın heyətində keçirdiyi 10 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.