16 oktyabr 2026. Cümə

“Brayton” “Kauno Jalgiris”i darmadağın edib


“Brayton” “Kauno Jalgiris”i darmadağın edib

Konfrans Liqasında “Brayton” Litvanın “Kauno Jalgiris” komandasını 4:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, Fabian Hürzelerin rəhbərlik etdiyi kollektiv fasilə ərəfəsində hesabı açıb, ikinci hissədə isə daha üç qol vurub.

Opta-nın məlumatına görə, “qağayılar” cari mövsümdə bütün turnirlərdə vurduqları qolların sayını 29-a çatdırıblar. Bu göstərici Avropanın beş aparıcı çempionatının təmsilçiləri arasında üçüncü nəticədir. “Barselona” 43, “Bavariya” isə 30 qolla ilk iki pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqasında altı turdan sonra 13 xal toplayan “Brayton” 18:5 top fərqi ilə üçüncü yerdədir.

Komanda növbəti matçını oktyabrın 18-də çempionat çərçivəsində “Kristal Pelas”a qarşı keçirəcək.







Konfrans liqası

“Salah bizi bu mövsüm titula aparacaq”
  • Konfrans liqası
  • 01:22 16.10.2026
“Salah bizi bu mövsüm titula aparacaq”
“Trabzonspor” KuPS səddini keçdi
  • Konfrans liqası
  • 23:28 15.10.2026
“Trabzonspor” KuPS səddini keçdi
“Monako” ÇSKA-nı məğlub etdi
  • Konfrans liqası
  • 23:15 15.10.2026
“Monako” ÇSKA-nı məğlub etdi