22 oktyabr 2026. Cümə axşamı

UEFA “Trabzonspor” klubunu 100 min avro cərimələyib


UEFA “Trabzonspor” klubunu 100 min avro cərimələyib

UEFA Türkiyənin “Trabzonspor” klubuna azarkeşlərinin davranışlarına görə maliyyə sanksiyaları tətbiq edib.

90deqiqe.Az-ın məlumatına görə, qərara Finlandiyada “KuPS”a qarşı keçirilən UEFA Konfrans Liqasının I tur matçında baş verən hadisələr səbəb olub.

Qarşılaşma zamanı azarkeşlər meydana müxtəlif əşyalar atıb, pirotexniki vasitələrdən istifadə edib, əşyaları yandırıb və stadiona ziyan vurublar. Bundan başqa, fanatlardan biri meydana daxil olub.

Pirotexniki vasitələrdən istifadə və əşyaların atılmasına görə “Trabzonspor” 80 min avro cərimələnib. Həmçinin Türkiyə təmsilçisi növbəti səfər matçında azarkeşlərinin dəstəyindən məhrum olacaq.

Azarkeşin meydana daxil olması səbəbindən kluba əlavə 15 min avro, stadiona vurulan ziyana görə isə 5 min avro cərimə tətbiq edilib.

Bundan başqa, qırılan 13 oturacağın dəyərinin ödənilməsi üçün “Trabzonspor” Finlandiya klubu ilə əlaqə saxlamalıdır.

Qeyd edək ki, “Trabzonspor” Finlandiyada keçirilən qarşılaşmada “KuPS”u 4:2 hesabı ilə məğlub edib.







Konfrans liqası

“Salah bizi bu mövsüm titula aparacaq”
  • Konfrans liqası
  • 01:22 16.10.2026
“Salah bizi bu mövsüm titula aparacaq”
“Trabzonspor” KuPS səddini keçdi
  • Konfrans liqası
  • 23:28 15.10.2026
“Trabzonspor” KuPS səddini keçdi
“Monako” ÇSKA-nı məğlub etdi
  • Konfrans liqası
  • 23:15 15.10.2026
“Monako” ÇSKA-nı məğlub etdi