23 oktyabr 2026. Cümə

“Ayaks” “Atalanta”nı məğlub etdi


“Ayaks” “Atalanta”nı məğlub etdi

UEFA Konfrans Liqasında “Ayaks” və İtaliyanın “Atalanta” komandaları arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Niderland təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

Görüşün böyük hissəsi gərgin mübarizə şəraitində keçib. “Atalanta” meydan sahiblərinin hücumlarının qarşısını almağa çalışıb, “Ayaks” isə hesabı açmaq üçün imkanlar axtarıb.

Qarşılaşmanın qolsuz başa çatacağı ehtimal edilsə də, son dəqiqələrdə vurulan qollar oyunun taleyini həll edib. Matçın 87-ci dəqiqəsində Toluwalase Arokodare fərqlənərək “Ayaks”ı hesabda önə keçirib — 1:0.

Əlavə olunmuş 3-cü dəqiqədə isə Abdellah Uazzan rəqib qapısına yol taparaq yekun hesabı müəyyənləşdirib — 2:0.

Beləliklə, “Ayaks” “Atalanta” üzərində iki cavabsız qolla qələbə qazanıb.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi
“Salah bizi bu mövsüm titula aparacaq”
  • Konfrans liqası
  • 01:22 16.10.2026
“Salah bizi bu mövsüm titula aparacaq”