6 noyabr 2026. Cümə

“Trabzonspor” Konfrans Liqasında ilk məğlubiyyətini alıb


“Trabzonspor” Konfrans Liqasında ilk məğlubiyyətini alıb

Türkiyənin “Trabzonspor” klubu UEFA Konfrans Liqasının III turunda doğma meydanda Almaniyanın “Frayburq” komandasına 0:1 hesabı ilə məğlub olub.

90deqiqe.Az-ın məlumatına görə, Papara Park stadionunda keçirilən görüşün taleyini bir qol həll edib. Qonaq komandanın futbolçusu Kübler 12-ci dəqiqədə fərqlənərək komandasına qələbə qazandırıb.

Bu məğlubiyyət “Trabzonspor”un həm Konfrans Liqasında, həm də baş məşqçi Tomas Raysın rəhbərliyi altında ilk uğursuzluğu olub.

Nəticədən sonra hər iki komandanın aktivində 6 xal var. “Frayburq” isə turnirdə ikinci qələbəsini qazanıb.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi