6 noyabr 2026. Cümə

“Atalanta” doğma meydanda “Kayrat”la heç-heçə edib


“Atalanta” doğma meydanda “Kayrat”la heç-heçə edib

UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün əsas mərhələsinin III turunda İtaliyanın “Atalanta” klubu Qazaxıstanın “Kayrat” komandası ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Berqamo şəhərindəki “Ceviss – Atleti Azzurri d'İtaliya” stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Matçı avstriyalı hakim Yulian Vaynberqer idarə edib.

Qarşılaşmada hesab 53-cü dəqiqədə açılıb. “Kayrat”ın yarımmüdafiəçisi Mark Qual komandasını önə keçirib. “Atalanta” isə 82-ci dəqiqədə Nikola Krstoviçin qolu ilə hesabı bərabərləşdirib.

Bu nəticədən sonra “Atalanta”nın xalları 4-ə, “Kayrat”ın xalları isə 2-yə çatıb.

Növbəti turda İtaliya təmsilçisi “Borats”la, Qazaxıstan klubu isə “Myelbü” ilə qarşılaşacaq.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi