- Konfrans liqası
- 03:36 06.11.2026
UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turunun oyunları keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, turun diqqətçəkən nəticələrindən biri Danimarkada qeydə alınıb. Niderlandın “Ayaks” klubu səfərdə “Midtyullann”ı 6:1 hesabı ilə darmadağın edib.
Türkiyə təmsilçisi “Trabzonspor” isə doğma meydanda Almaniyanın “Frayburq” komandası ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İtaliyanın “Atalanta” klubu da öz meydanında Qazaxıstanın “Kayrat” komandası ilə heç-heçə edib – 1:1. Fransanın “Monako” kollektivi isə Danimarkanın “Norşellann” komandasını 2:0 hesabı ilə məğlub edib.
Turun digər qarşılaşmalarında qeydə alınan nəticələr:
UEFA Konfrans Liqası
Liqa mərhələsi, III tur
5 noyabr
“Atalanta” (İtaliya) – “Kayrat” (Qazaxıstan) – 1:1
“Midtyullann” (Danimarka) – “Ayaks” (Niderland) – 1:6
“Srvena Zvezda” (Serbiya) – “İnter Eskaldes” (Andorra) – 2:1
“KuPS” (Finlandiya) – “Gent” (Belçika) – 0:0
“Linkoln” (Cəbəllütariq) – “Hayduk” (Xorvatiya) – 1:0
“Trabzonspor” (Türkiyə) – “Frayburq” (Almaniya) – 0:1
“Orhus” (Danimarka) – “Braqa” (Portuqaliya) – 0:0
“Tun” (İsveçrə) – “Harts” (Şotlandiya) – 3:1
“Myelbyu” (İsveç) – “Borats” (Bosniya və Herseqovina) – 2:0
“Monako” (Fransa) – “Norşellann” (Danimarka) – 2:0
“Kopenhagen” (Danimarka) – “İberiya” (Gürcüstan) – 2:1
“Panatinaikos” (Yunanıstan) – ÇSKA (Bolqarıstan) – 2:1
“Luqano” (İsveçrə) – “Jalqiris” (Litva) – 3:0
“Xetafe” (İspaniya) – “Brayton” (İngiltərə) – 0:1
“Tvente” (Niderland) – “Pafos” (Kipr) – 3:1
“Sent-Trüden” (Belçika) – “Brann” (Norveç) – 1:1
“Universitatya” (Krayova, Rumıniya) – “Eqnatiya” (Albaniya) – 2:0
“Riqa” (Latviya) – “Yablonets” (Çexiya) – 1:1