27 noyabr 2026. Cümə

“Monako” səfərdə “Hartsa” qalib gəldi


“Monako” səfərdə “Hartsa” qalib gəldi
Rəsmi

UEFA Konfrans Liqasının Liqa mərhələsində Şotlandiyanın “Harts” klubu doğma meydanda Fransanın “Monako” komandasına məğlub olub.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 16-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Yordi Altena açıb. Lakin “Monako” 25-ci dəqiqədə Folarin Baloqunun qolu ilə tarazlığı bərpa edib.

Birinci hissənin sonlarında komandalar yenidən qol mübadiləsi aparıblar. 41-ci dəqiqədə Edan Diop Fransa təmsilçisini önə keçirib. Üç dəqiqə sonra isə Sabah Keryota fərqlənərək hesabı 2:2 edib.

Görüşün son dəqiqələrində qələbə qolunu yenidən Folarin Balogun vurub. Beləliklə, dubl edən hücumçu “Monako”ya səfərdə üç xal qazandırıb.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi