27 noyabr 2026. Cümə

“Kayrat” İsveç təmsilçisini məğlub etdi


 “Kayrat” İsveç təmsilçisini məğlub etdi

Qazaxıstanın “Kayrat” klubu UEFA Konfrans Liqasının Liqa mərhələsində İsveç təmsilçisi “Mjelby”ni məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Qazaxıstan komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın taleyini 14-cü dəqiqədə vurulan qol həll edib. Mark Qualın ötürməsindən sonra Erkin Tapalov fərqlənərək komandasını hesabda önə keçirib.

Qalan dəqiqələrdə tərəflər hesabı dəyişə bilməyiblər. Beləliklə, “Kayrat” minimal üstünlüyünü qoruyaraq üç xalı aktivinə yazdırıb.







Konfrans liqası