- Konfrans liqası
- 02:38 27.11.2026
UEFA Konfrans Liqasının Liqa mərhələsində İtaliyanın “Atalanta” klubu səfərdə Bosniya və Herseqovinanın “Borats” (Banya-Luka) komandasını məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma İtaliya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 86-cı dəqiqəsinədək meydan sahibləri 2:0 hesabı ilə öndə olublar. Lakin “Atalanta” futbolçuları son dəqiqələrdə əzmkar geridönüşə imza atıblar.
İtaliya klubunun qollarını 86-cı dəqiqədə Nikola Krstoviç, 90-cı dəqiqədə Sead Kolaşinats və 90+3-cü dəqiqədə Davide Dzappakosta vurublar.
Qeyd edək ki, “Borats”ın iki futbolçusu 75-ci və 88-ci dəqiqələrdə qırmızı vərəqə alaraq meydandan qovulub. Say üstünlüyündən yararlanan “Atalanta” Bosniya və Herseqovinadan üç xalla ayrılıb.
Bu nəticədən sonra dörd turda yeddi xal toplayan “Atalanta” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.