27 noyabr 2026. Cümə

Andorra klubu tarixində ilk dəfə avrokubokların əsas mərhələsində qələbə qazandı


Andorra klubu tarixində ilk dəfə avrokubokların əsas mərhələsində qələbə qazandı

UEFA Konfrans Liqasının Liqa mərhələsində Andorranı təmsil edən “İnter Eskaldes” tarixi uğura imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, komanda dördüncü tur çərçivəsində Danimarkanın “Kopenhagen” klubunu 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “İnter Eskaldes” bu yay Andorra futbolu tarixində UEFA-nın klub turnirlərinin əsas mərhələsinə vəsiqə qazanan ilk komanda olub.

Andorra təmsilçisi Liqa mərhələsinin ilk üç turunda məğlubiyyətlə üzləşsə də, dördüncü turda ilk qələbəsini qazanıb.

Beləliklə, “İnter Eskaldes” Andorra futbolu tarixində avrokubokların əsas mərhələsində qələbə qazanan ilk klub kimi tarixə düşüb.







Konfrans liqası