27 iyul 2024. Şənbə

Azərbaycan qadın futbolunda ilk dəfə!!!


Azərbaycan qadın futbolunda ilk dəfə!!!

Futbol üzrə Qızlar Liqasının yüksələn ulduzları "Baku Juniors Women" futbol komandasının oyunlarını stadiondan izlə, gənc qızlara dəstək ol və futbol həyacanını yaşa!

90deqiqe.az xəbər verir ki, AFFA Yüksək qızlar liqası, U17 və U14 liqalarda çıxış edən və bu devizlə oyunlara çıxan paytaxt təmsilçisi ölkə qadın idmanında ilkə imza atıb. Belə ki, klub rəhbərliyi qarşıdakı oyunlara artıq bilet satışı elan edib. 

  • Tək oyun üçün bilet: 7AZN
  • Sezonluq Paket: 80AZN (Baku Juniors klubunun U14, U17 və Yüksək Qızlar Liqasındakı bütün matçlara giriş əldə edirsiniz)
  • Fanat Paketi: 99AZN (Sezonluq paket + rəsmi Baku Juniors futbol forması dəsti)

Əlavə olaraq, sezonluq və fanat paketləri alan fanatlar hər oyundan sonra futbolçularla şəkil çəkdirmək və söhbət etmək imkanı əldə edirlər.

Qeyd edək ki, U14 oyunları hər biri 30 dəqiqə olmaqla iki hissədən ibarətdir. U17 və Yüksək Qızlar Liqası oyunları isə hər biri 45 dəqiqə olmaqla iki hissədən ibarətdir. U14 oyunları həmişə Rəvan Futbol Akademiyasının stadionunda baş tutur və fanatlar oyuna ayaqüstə tamaşa edirlər. 

Baku Juniors Women, Azərbaycanda qabaqcıl qadın futbol komandasıdır və 2023-2024 sezonu üzrə Yüksək Qızlar Liqasında 9 klub arasında 3-cü yerdə davam edir.

Klubun bu ilki məqsədi Azərbaycan çempionluğunu qazanmaq və gələn mövsüm UEFA Qadınlar arasında Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Eyni zamanda Baku Juniors klubu nəzdində qadın futbolu üzrə gənc istedadları yetişdirməyə və dünya idmanına yeni ulduzlar qazandırmağa nail olmaq üçün Baku Juniors Akademiyası da fəaliyyət göstərir.







Media