27 iyul 2024. Şənbə

Dadaş Dadaşbəyli ilk "Qızıl 10-luğ"da


  • Offside
  • 11:05 12.02.2024
  • Oxunma sayı: 115
Dadaş Dadaşbəyli ilk "Qızıl 10-luğ"da

Azərbaycan idmançısı Dadaş Dadaşbəyli 2023-cü ilin ən yaxşı kişi ağırlıqqaldıranı olmağa 10 namizədin siyahısına düşüb. Atletimiz dünya şöhrətli Laşa Talaxadze, Karlos Nassar və digərləri ilə birlikdə qitənin ən  güclüləri sırasında yer alıb. 

90deqiqe.az xəbər verir ki, Avropanın "Qızıl 10-luğu" adı verilən siyahı Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) Avropa təşkilatı olan AİPS Europe və Avropa Ağırlıqqaldırma Federasiyası (EWF) arasında imzalanan memorandum çərçivəsində hazırlanıb. Bu idmançılar arasından səsvermə yolu ilə ilin ən yaxşı atleti seçiləcək. Qalibin adı fevralın 12-də, Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Ağırlıqqaldırma üzrə Avropa çempionatının rəsmi açılış mərasimində açıqlanacaq.







Media