16 iyun 2024. Bazar günü

"Onun gəlişinin ilk dəqiqəsindən etibarən..."


"Onun gəlişinin ilk dəqiqəsindən etibarən..."

Roberto Martinez, 2022 Dünya çempionatı  sonrasında Fernando Santoşun komandadan ayrılmasından sonra Portuqaliya milli komandasının başına keçib. 

90deqiqe.Az xəbər verir ki, 2023-cü il yanvar ayından etibarən milliyə rəhbərlik edən Martinez, Portuqaliya üçün yeni bir təcrübə olub. Bu haqda Joao Feliks və Deko bunları deyib:

Feliks "Bir məşqçinin oyunçularına güvənib və bunu göstərdiyi zaman, oyunçular həmişə daha yaxşı oynayır" - deyərək, Portuqaliyanın yaxşı formada olmasının əsasını Martinezin oyunçularına göstərdiyi etimad olduğunu vurğulayıb. "Roberto Martinez ilə münasibətim çox yaxşıdır və onun komandasında oynamaqdan zövq alıram" - deyə Joao Feliks əlavə edib. 

O, İspan mütəxəssisin Portuqaliyaya gəlişi və idarəetməsini qiymətləndirərək, "Onun gəlişinin ilk dəqiqələrindən etibarən, komandaya necə kömək etməyə çalışdığını və portuqaliyalılara sevinc gətirmək həvəsi ilə dolu bir məşqçi olduğunu gördüm... Çoxlu oyunçu idarə etmək, adətən, çətindir, amma o, bunu çox yaxşı edir."

Sabiq Portuqaliya milli komandasının oyunçusu və hazırda "Barselona"nın idman direktoru Deko da "Bu nəsilin, bu komandanın ən yaxşısını etməsi üçün balans və təcrübəyə malik bir məşqçiyə ehtiyacı var... Martinez bu işi mükəmməl edir"-deyib.

Roberto Martinez, Portuqaliya milli komandasına qaliblik mədəniyyəti aşılayıb və onları Avro-2024 üçün qitə titulunun ən güclü namizədlərindən biri kimi formalaşdırıb. 







Media