16 iyun 2024. Bazar günü

MEDİA “Yaşıl dünya naminə media həmrəyliyi” mövzusunda müsabiqə elan edib


  • Media
  • 12:42 24.05.2024
  • Oxunma sayı: 58
MEDİA “Yaşıl dünya naminə media həmrəyliyi” mövzusunda müsabiqə elan edib

Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektləri üçün “Yaşıl dünya naminə media həmrəyliyi” mövzusunda müsabiqə elan edib.

Bu barədə 90deqiqe.Az-a MEDİA-dan məlumat verilib.

Bildirilib ki, MEDİA-nın bu müsabiqəsində məqsəd yerli onlayn media subyektlərinin fəaliyyətində dayanıqlı təcrübələrin tətbiqinin təşviqi, veb-sayt və sosial media səhifələri üzərindən aparılan kampaniyaların, müvafiq istiqamətdə həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin medianın göstərilən istiqamətlərdə aktivliyinin artırılmasıdır.

Müsabiqədə müəyyən edilmiş istiqamətlər üzrə yüksək nəticə göstərən onlayn media subyektləri Azərbaycan Milli Mətbuatının 149-cu ildönümü ərəfəsində “Green certificate” ilə təltif olunacaqlar.

Müraciət qəbulu 10 iyul saat 18:00-dək davam edəcək.







Media