15 mart 2025. Şənbə

Ronaldo karyerasında 928-ci qolunu vurub


  • Media
  • 23:31 14.03.2025
  • Oxunma sayı: 28
Ronaldo karyerasında 928-ci qolunu vurub

Səudiyyə Ərəbistanı Pro Liqasının 2024/2025 mövsümünün 25-ci turunda "Əl-Nəsr" komandası "Əl-Xolud"la qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, bu oyunda 40 yaşlı Kriştiano Ronaldo, dördüncü dəqiqədə vurduğu qol ilə karyerasında 928-ci qoluna imza atıb.

Portuqaliya millisinin hücumçusu, bu qol ilə karyerasındakı uğurlarını davam etdirib.

Ronaldo futbolçu karyerası ərzində klub səviyyəsində 793, Portuqaliya millisində isə 135 qol vurub.

Bu mövsüm hücumçu bütün turnirlərdə 33 matçda iştirak edib, 28 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.







Media