31 iyul 2026. Cümə

Azərbaycan güləşçisi dünya çempionatında ilk sınaqdan keçə bilmədi


  • Media
  • 12:15 31.07.2026
  • Oxunma sayı: 27
Azərbaycan güləşçisi dünya çempionatında ilk sınaqdan keçə bilmədi

Bakıda keçirilən U-17 dünya çempionatında mübarizə aparan Azərbaycanın sərbəst güləşçisi Hakim Tağıyev ilk görüşünü məğlubiyyətlə başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, 110 kq çəki dərəcəsində çıxış edən idmançı təsnifat mərhələsində Özbəkistan təmsilçisi Behruz Aşirova gərgin keçən qarşılaşmada 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir.

Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.







Media