- Millətlər liqası
- 22:17 23.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Kipr millisinin baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib.
Corner.az xəbər verir ki, o, Kipr Futbol Federasiyasının saytına açıqlamasında Azərbaycan, Lüksemburq və Monteneqro ilə birgə C liqasının 1-ci qrupunda yer almaları ilə bağlı deyib:
“Püşkatmanın nəticəsi çox maraqlı oldu. Bir neçə gündən sonra yoldaşlıq görüşündə üz-üzə gələcəyimiz Lüksemburqla düşdük. Onları həmin matçda görmək imkanımız olacaq. Püşkatma barədə müsbət düşünməliyik. Rəqiblərimizi izləməyə, təhlil aparmağa kifayət qədər vaxtımız olacaq. Bizim üçün iş indi başlayır. Sentyabr ayına qədər keçirəcəyimiz 4 yoldaşlıq oyunundan maksimum yararlanmaq və heyətlə bağlı seçimi düzgün aparmaq istəyirik".(qol)