30 sentyabr 2026. Çərşənbə

Rəqiblərimiz dişimizə görədir - Ağabala Ramazanov


Rəqiblərimiz dişimizə görədir - Ağabala Ramazanov

"Düşdüyümüz qrup normaldır. Bu komandalarla oyunlarda nəticə qazanmaq mümkündür".

Corner.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Ağabala Ramazanov UEFA Millətlər Liqasının püşkünün nəticəsini dəyərləndirərkən deyib.

"Zirə" klubunda çıxış edən 27 yaşlı hücumçunun sözlərinə görə, yığma daha çətin rəqiblərlə də düşə bilərdi: "Hər üç komanda normal rəqibdir. Ümid edirəm ki, onlara qarşı yaxşı mübarizə apara bilərik. Ümumiyyətlə, Millətlər Liqasındakı rəqiblərimiz dişimizə görədir. Sadəcə, uğura inanmaq lazımdır".

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqroya rəqib olub.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol