14 noyabr 2026. Şənbə

Lovren cəzalandırıldı


Lovren cəzalandırıldı

UEFA Xorvatiya millisinin futbolçusunu Sergio Ramosu təhqir etdiyinə görə cəzalandırıb.

Corner.az xəbər verir ki, Avropanın ali futbol qurumu Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Xorvatiya - İspaniya oyunundan sonra sosial şəbəkədə təhqir dolu ifadələr işlədən Dejan Lovreni cəzalandırıb. Xorvatların 3:2 hesablı qələbəsi ilə başa çatan matçdan sonra İspaniya millisinin kapitanı Sergio Ramosu hədəfə alan Lovren, 1 oyunluq cəza alıb.

Liverpool'da forma geyinən 29 yaşlı müdafiəçi, oyundan sonra “instagram” hesabı vasitəsilə etdiyi paylaşımda, “3:2. Çıx və mətbuat konfransında danış, həmkarım. Nə həmkar?! Alçaqlar dəstəsidir” sözlərini işlətmişdi.

Qeyd edək ki, Xorvatiya millisi AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibidir. (komanda.az)







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib