30 sentyabr 2026. Çərşənbə

Final mərhələsinin ən yaxşı qolları açıqlandı - VİDEO


Final mərhələsinin ən yaxşı qolları açıqlandı - VİDEO

2019-cu ildə UEFA Millətlər Liqasının final turnirində vurulmuş ən yaxşı qollar açıqlanıb. 

Corner.az-ın məlumatına görə, bu, Avropa futbol qurumunun hesabatında əksini tapıb. Qurumun texniki müşahidəçiləri bütün qolları təhlil edib və texniki meyarları nəzərə alaraq ilk 4 qolu müəyyənləşdirib. 

Həmin qollardan 3-nü "Yuventus"da çıxış edən Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo vurub. 35 yaşlı hücumçunun yarımfinalda İsveçrəyə vurduğu qollar ən yaxşı seçilib. 

Komandasının bütün qollarının müəllifi olan Ronaldonun 88-ci dəqiqədə vurduğu top ilk pillədə qərarlaşıb. Onun eyni komandaya 90-cı dəqiqədəki qolu ikinci, 25-ci dəqiqədəki qolu isə üçüncü olub. 4-cü yerə isə Niderland yığmasının yarımmüdafiəçisi Matteys De Liqtin İngiltərəyə vurduğu qol layiq görülüb. 

Qeyd edək ki, Portuqaliya finalda Niderlandı 1:0 hesabı ilə üstələyərək Millətlər Liqasının qalibi olub. 







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol