30 sentyabr 2026. Çərşənbə

Portuqaliya millisinin 5 futbolçusu rəmzi komandada- SİYAHI


Portuqaliya millisinin 5 futbolçusu rəmzi komandada- SİYAHI

UEFA Millətlər Liqasında 2019 mövsümünün final mərhələsinin rəmzi yığmasını açıqlayıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda turnirin qalibi olan Portuqaliya millisinin 5 futbolçusu yer alıb.

Ən yaxşı "11-lik"də digər finalçı Niderland millisindən 4 futbolçu yer alıb. Heyətdə İngiltərə və İsveçrə seçmələrindən isə ümumilikdə 2 futbolçunun adı siyahıda yer alıb.

Rəmzi heyət aşağıdakı kimidir:

Qapıçı: Cordan Pikford (İngiltərə)

Müdafiəçilər: Nelson Semedu, Ruben Dias (hər ikisi Portuqaliya), Vircil van Deyk, Deyli Blind (hər ikisi Niderland)

Yarımmüdafiəçilər: Brunu Fernandeş (Portuqaliya), Frenki de Yonq, Corcinyo Veynaldum (hər ikisi Niderland) 

Hücumçular: Cerdan Şakiri (İsveçrə), Bernardu Silva, Kriştianu Ronaldu (hər ikisi Portuqaliya)

Turnirin ən yaxşı futbolçusu adına isə Bernardu Silva layiq görülüb.

Qeyd edək ki, Millətlər Liqasının finalında Portuqaliya Niderlandı 1:0 hesabı ilə yenib.  







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol