30 sentyabr 2026. Çərşənbə

UEFA Millətlər Liqası ləğv oluna bilər


UEFA Millətlər Liqası ləğv oluna bilər

UEFA bu gün Millətlər Liqası ilə bağlı yekun qərarını açıqlayacaq.

Corner.az "Sport-Express" nəşrinə istinadən xəbər verir ki, turnirdə cari mövsümün ləğv olunacağı gözlənilir.

İclasın gündəliyində "Avropada COVID-19 pandemiyası şəraitində Millətlər Liqasının keçirilmə qaydası barədə" bənd yer alıb.

İddiaya görə, "böyük beşlik" ölkələrinin təmsilçiləri sıx qrafik səbəbindən Millətlər Liqasının 2020-ci ildə keçirilməməsini istəyirlər. Onlar belə şəraitdə milli komandalar üçün əlavə turnirin təşkilini mümkünsüz hesab edirlər.

Yarışın ləğvinə dair arqumentlərdən biri də pandemiya dövründə Avropadakı klub turnirlərinin stadionlarda tamaşaçı olmasa belə, gəlir gətirməsidir. Milli komandaların iştirakı ilə baş tutan matçlardan isə qazanc götürmək mümkün deyil.

Bu səbəbdən Millətlər Liqasında mövsümün ləğvi ehtimalı 50 faizdir.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa, ikinci matçını isə 3 gün sonra səfərdə Kiprə qarşı keçirməlidir.(report)







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol