14 noyabr 2026. Şənbə

Millimizin rəqibi Bakıya heç-heçə ilə gəlir


Millimizin rəqibi Bakıya heç-heçə ilə gəlir
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan futbol üzrə Lüksemburq yığması yoxlama oyunu keçirib.
 
Corner.az xəbər verir ki, Lyuk Holtsunun kollektivi Almaniyanın 3-cü Bundesliqa təmsilçisi "Saarbrükken"lə üz-üzə gəlib.
 
“Jozi Bartel" stadionunda keçirilən matçda qalib müəyyənləşməyib. Komandalar meydanı qolsuz tərk ediblər - 0:0.
 
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda ilk oyununu sentyabrın 5-də Bakıda məhz Lüksemburqa qarşı keçirəcək. Bu rəqiblər arasındakı ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda baş tutacaq. Bu qrupda Monteneqro və Kipr milliləri də yer alıblar.






Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib