14 noyabr 2026. Şənbə

Millimizin rəqibində daha bir itki


Millimizin rəqibində daha bir itki

UEFA Millətlər Liqasının II turunda Azərbaycanla qarşılaşacaq Kipr yığması daha bir problemlə üzləşib.  

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, Qazaxıstan "Astana" klubunda çıxış edən Pieros Sotiryu zədələnib. Bu səbəbdən, 27 yaşlı hücumçu hazırlıq prosesinin bir hissəsini qaçırıb. Onun zədəsinin ciddilik dərəcəsinə tibbi müayinədən sonra aydınlıq gələcək.  

Qeyd edək ki, daha əvvəl Aleksander Qogiç və Giorqos Efremin qarşıdakı matçları buraxacağı dəqiqləşib. Qogiç 10 günlük karantinə alınıb, Efrem isə zədələnib.  

Sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Sentyabrın 5-də isə Kipr eyni arenada Monteneqronu qəbul edəcək. (report)







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib