24 noyabr 2024. Bazar günü

Millətlər Liqasında hər xal qızıla bərabər olacaq


Millətlər Liqasında hər xal qızıla bərabər olacaq

"Millidə oynamaq şərəfdir. Hamı məşqlərdə, çempionat oyunlarında çalışır ki, yığmaya dəvət alsın. Yeni baş məşqçi gəlib, mən də çalışacağam ki, özümü maksimum göstərə bilim. Komandanın daimi üzvü olmaq istəyirəm".

Corner.az xəbər verir ki, bu fikirləri UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlar üçün Azərbaycan yığmasına dəvət alan "Keşlə"nin futbolçusu Şəhriyar Əliyev deyib. 

28 yaşlı müdafiəçi Canni De Byazinin məşqçilər korpusunun çox istəkli olduğunu bildirib. Əliyevin sözlərinə görə, De Byazi öz futbol biliklərini oyunçulara çatdırmaq istəyir: "Bütün bunlar məşqlərdə aydın görünür. Məşqlərimiz də çox intensivdir. İnanıram ki, yeni baş məşqçi komanda üçün uğurlu olar". 

Müdafiəçi Lüksemburq və Kiprlə matçlarda yaxşı nəticə qazanacaqlarına inam ifadə edib: "Baş məşqçimiz bizi oyunlara yaxşı motivasiya edir. Görürük ki, yaxşı nəticə əldə etmək niyyətindədir. Toplanışda oynayacağımız taktikanı tətbiq etmək istəyir. Hazırda yalnız Lüksemburqla görüşü fikirləşirik, burada yaxşı nəticə əldə edəndən sonra Kiprə daha yaxşı motivasiya ilə yollanmaq olar. Xal itirmək istəmirik, hər bir xal qızıla bərabər olacaq. İlk oyunda xal qazanmaq yaxşıdır. Bəlkə də fikirləşirlər ki, Lüksemburq zəifdir, amma onların oyunlarını izləmişik. Çox yaxşı komandadır. Biz istədiyimiz nəticəni əldə etmək istəyirik".

Əliyev baş məşqçinin ona əsas heyətdə şans vermə ehtimalı barədə bunları deyib: "Son qərarı o verəcək. Baş məşqçi məşqlərdə hər futbolçunu yoxlayır və hamıya şans verir. Kimlər ideal formadadırsa, onlar da matçlarda iştirak edəcəklər".

Qeyd edək ki, C Liqasında 1-ci qrupun ilk turunda sentyabrın 5-də Bakıda Lüksemburqu qəbul edəcək Azərbaycan millisi 3 gün sonra səfərdə Kiprin qonağı olacaq.(report)







Millətlər liqası

"Hələ fəth edəcəyim çox şey var!"  - Ronaldo
  • Millətlər liqası
  • 22:29 12.11.2024
"Hələ fəth edəcəyim çox şey var!" - Ronaldo
Odeqard Norveç millisindən ayrılıb
  • Millətlər liqası
  • 15:34 12.11.2024
Odeqard Norveç millisindən ayrılıb
Milli komandaya qayıtmağı düşünmür
  • Millətlər liqası
  • 22:58 07.11.2024
Milli komandaya qayıtmağı düşünmür
Mbappe Fransa millisinə çağırılmayıb
  • Millətlər liqası
  • 18:13 07.11.2024
Mbappe Fransa millisinə çağırılmayıb
Milliyə çağırılmayacaq
  • Millətlər liqası
  • 01:26 07.11.2024
Milliyə çağırılmayacaq