UEFA Millətlər Liqasında 2020/21 mövsümünə start verilib.
Corner.az xəbər verir ki, mövsümün açılış matçında Latviya Andorranı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib
İlk oyun gününün maraqla gözlənilən qarşılaşmada A Liqasının 4-cü qrupunda yer alan Almaniya yığması ilə İspaniya qarşılaşıb. Almanlar bu görüşdə əlavə vaxtda qələbəni əldən verib.
B Liqasında mübarizə Türkiyə yığması da ilk oyununa çıxıb. Şenol Günəşin komandası Sivasda Macarıstanla üz-üzə gəlib və gözlənilməz məğlubiyyətlə üzləşib.
Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçirilir.
UEFA Millətlər Liqası
2020/221 mövsümü, 1-ci tur
3 sentyabr
D Liqası, 1-ci qrup
Latviya – Andorra 0:0
Farer adaları – Malta 3:2
Qol: K.Olsen, 25. A.Olsen, 87. B.Olsen, 90 – Deqabriele, 37. Aqius, 73.
A Liqası, 4-cü qrup
Almaniya – İspaniya 1:1
Qol: Verner, 51 – Qaya, 90+6.
Ukrayna – İsveçrə 2:1
Qol: Yarmolenko, 14. Zinçenko, 68 – Seferoviç, 41.
B Liqası, 4-cü qrup
Bolqarıstan – İrlandiya 1:1
Qol: Krayev, 56 – Daffi, 90+3.
Finlandiya – Uels 0:1
Qol: Mur, 80.
B Liqası, 3-cü qrup
Rusiya – Serbiya 3:1
Qol: Dzyuba, 48; 81. Karavayev, 69 – Mitroviç, 78.
Türkiyə – Macarıstan 0:1
Qol: Soboslay, 80.
C Liqası, 3-cü qrup
Moldova – Kosovo 1:1
Qol: Nikolaesku, 20 – Kololli, 71.
Sloveniya – Yunanıstan 0:0