21 noyabr 2024. Cümə axşamı

Azərbaycan millisinin güclü futbolçuları var


Azərbaycan millisinin güclü futbolçuları var

"Hamını salamlayıram. Çox sakitəm. 3 il futboldan kənarda qalsam da, işə başlayanda hər şeyimi verirəm".

Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında qarşılaşacaqları Lüksemburq seçməsi ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, futbolsuz qalanda darıxır: "Bu, mənim üçün yeni çağırışdır. Dekabrda A Seriyasından təklif almışdım. Qəbul etmədim. Azərbaycanın təklifi daha maraqlı gəldi. Burada uğurlar qazanmaq istəyirəm. Arzu edirəm ki, tezliklə bu qəribə vəziyyət başa çatacaq və öz işimizi rahat görə biləcəyik. Deyə bilmərəm ki, çox işləmişik. Bütün yığmalar kimi normal ritmdə çalışmışıq. 26 gün əvvəl Bakıya gəlmişəm. Köməkçilərimlə gündə 18 saat işləmişik ki, mentalitetə, oyunçulara yaxından bələd olaq. 9 gündə cəmi 12 məşqimiz olub. Uşaqları inandırmaq istəyirəm ki, çox çalışmaqla uğur qazanmaq olar".

63 yaşlı mütəxəssisin sözlərinə görə, Azərbaycan qrupda reytinqə görə 4-cü komandadır: "Lüksemburq son illərdə çox inkişaf edib. Cənubi amerikalı oyunçuları milliləşdiriblər. Amma bizim də güclü futbolçularımız var".

Canni De Byazi komandanın heyəti ilə bağlı da danışıb: "Azərbaycana yeni gəlmişəm. İki aydan çoxdur azərbaycanlı futbolçuları analiz edirik. Mənə kimin oynayıb-oynamaması vacib deyil. İlk növbədə, onların istəyini bilmək fikrində idim". 

Baş məşqçi Elvin Bədəlovu "Sumqayıt" - "Keşlə" matçında bəyəndiyi üçün milliyə cəlb etdiyini vurğulayıb: "Bura gəlməmişdən Azərbaycanın bütün oyunlarına baxmışam. Müəyyən ideyalarım var. Təəssüf ki, vaxtımız azdır. Sabah yaxşı nəticə üçün meydana çıxacağıq. Bilirsiniz, insan özünü necə sevdirə bilər? Qələbə ilə. Elə komanda yaratmaq istəyirəm ki, futbolçular meydanda bir-biriləri üçün canlarını versinlər. Məqsədimiz qrup birincisi olmaqdır. İlk növbədə, futbolçuların mentalitetini düzəltmək, taktiki baxımdan irəliləyişə nail olmaq və istək yaratmaq niyyətindəyəm. Həyatda uğur qazanmağın əsas yolu budur".

Mütəxəssis futbolçuların 5 gündə iki oyun keçirməsi ilə bağlı suala belə cavab verib: "UEFA-dan xahiş edəcəyik ki, formatı dəyişsinlər (gülür). Nəyi nəzərdə tutduğunuzu başa düşürəm. Əsas problem fiziki hazırlıq yox, mentalitetdir. Bütün dünya bu formatla oynayır. Mentaliteti dəyişə bilsək, yaxşı olacaq. Sabah qələbə qazana bilsək, ikinci oyuna daha rahat hazırlaşacağıq". 

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 20:00-da başlayacaq. Yığma 3 gün sonra Kiprin qonağı olacaq.(report)







Millətlər liqası

"Hələ fəth edəcəyim çox şey var!"  - Ronaldo
  • Millətlər liqası
  • 22:29 12.11.2024
"Hələ fəth edəcəyim çox şey var!" - Ronaldo
Odeqard Norveç millisindən ayrılıb
  • Millətlər liqası
  • 15:34 12.11.2024
Odeqard Norveç millisindən ayrılıb
Milli komandaya qayıtmağı düşünmür
  • Millətlər liqası
  • 22:58 07.11.2024
Milli komandaya qayıtmağı düşünmür
Mbappe Fransa millisinə çağırılmayıb
  • Millətlər liqası
  • 18:13 07.11.2024
Mbappe Fransa millisinə çağırılmayıb
Milliyə çağırılmayacaq
  • Millətlər liqası
  • 01:26 07.11.2024
Milliyə çağırılmayacaq