30 aprel 2026. Cümə axşamı

Lüksemburqlu futbolçu Qara Qarayevi fərqləndirdi


Lüksemburqlu futbolçu Qara Qarayevi fərqləndirdi

“Azərbaycan millisinin oyunlarının videosunu izləmişik”.

Corner.az xəbər verir ki, bu sözləri Lüksemburq yığmasının futbolçusu Kristofer Martins UEFA Millətlər Liqasında Azərbaycanla oyun öncəsi mətbuat konfransında deyib.

23 yaşlı yarımmüdafiəçi millimizin üzvü Qara Qarayevi fərqləndirib: “Rəqibin 2 nömrəli futbolçusunu xüsusi vurğulamaq istərdim. O, çox yaxşı keyfiyyətlərə malikdir və əsl komanda oyunçusudur”.

O, Millətlər Liqasındakı hədəflərindən də danışıb: “Əsas məqsədimiz qrupda 1 xal toplamaqdır (gülür). Təbii ki, zarafat edirəm. Əsas məqsəd yaxşı oynamaq, hər oyuna qələbə üçün çıxmaqdır”.

Pandemiya ilə əlaqədar İsveçrədən Lüksemburqa qayıtmaqda çətinliklə üzləşən Martins məşq prosesini “Yanq Boyz”un düşərgəsində keçirdiyini söyləyib: “Yığmada olduğum üçün çox şadam. Sabahkı matçı səbirsizliklə gözləyirəm. Meydana daxil olduğum zaman əminlik yaranır. İsveçrədə klubumun heyətindəki son görüşdə qazanılan qələbə sabahkı oyun öncəsi mənə əlavə motivasiya verəcək. Mənim üçün dəyişən bir şey yoxdur, komandanın bütün oyunçularını tanıyıram. Azərbaycanla qarşılaşmada əsas vəzifəm hücumda çıxış etmək olacaq”.

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Lüksemburq görüşü saat 20:00-da başlayacaq







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”