- Millətlər liqası
- 01:39 15.11.2024
UEFA Millətlər Liqasında I turun növbəti görüşləri keçirilib.
Corner.az-ın məlumatına görə, ikinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 matç baş tutub.
A liqasının I qrupunda İtaliya öz meydanında Bosniya və Herseqovinanı qəbul edib. Görüşdə qalib müəyyənləşməyib.
Hollandiya isə öz meydanında Polşa ilə üz-üzə gəlib və çətin qələbə qazanıb.
Gecənin digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb.
UEFA Millətlər Liqası
4 sentyabr
A liqası
1-ci qrup
22:45. İtaliya – Bosniya və Herseqovina 1:1
Qollar: Stefano Sensi, 67 - Edin Dzeko, 58
22:45. Hollandiya – Polşa 1:0
Qol: Stiven Berqveyn, 61
B liqası
1-ci qrup
22:45. Norveç - Avstriya 1:2
Qollar: Erlinq Holann, 66 - Mixael Qreqoriç, 35, Marsel Zabitser, 54 (penalti)
22:45. Rumıniya – Şimali İrlandiya 1:1
Qollar: Corce Puşkaş, 25 - Qevin Uayt, 86
Qırmızı vərəqə: Corc Madcennis, 39
2-ci qrup
22:45. Şotlandiya - İsrail 1:1
Qollar: Rayan Kristi, 45 - Eran Zahavi, 73
22:45. Slovakiya – Çexiya 1:3
Qollar: İvan Şrants, 88 - Vladimir Tsoufal, 48, Borjek Doçkal, 53 (pen.), Mixael Krmençik, 86
C liqası
4-cü qrup
20:00. Litva - Qazaxıstan 0:2
Qollar: Bəxtiyar Zaynutdinov, 3, İslambek Kuat, 86
22:45. Belarus - Albaniya 0:2
Qollar: Sokol Çikalleşi, 23, Keidi Bare, 79