30 sentyabr 2026. Çərşənbə

De Byazi komandasının oyunundan razı qalmalıdır


De Byazi komandasının oyunundan razı qalmalıdır

"Qələbəyə layiq idik. Çünki ilk dəqiqələrdən sonadək meydanda dominantlıq etdik. Açığı, belə oynayacğımızı gözləmirdim. Amma son iki məşqdən sonra baxımlı oyun göstərəcəyimizə inandım. Azərbaycanın azlıqda qalması işimizə yaradı".

Corner.az-ın məlumatına görə, bunu Lüksemburq millisinin baş məşqçisi Lük Holts UEFA Millətlər Liqasının I turunda Bakı Olimpiya Stadionunda Azərbaycanı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, rəqibin matçın startından etibarən müdafiə futbolu oynaması onu təəccübləndirməyib: "Yeni baş məşqçinin 4-4-2 sistemi ilə oynayacağını gözləyirdim. Düşünürəm ki, Canni De Byazi oyunçularının çıxışından razıdır. Çünki komanda azlıqda qaldıqdan sonra yaxşı təsir bağışladı".

Lüksemburqlu baş məşqçi penaltini Gerson Rodrigesin vurmasına da münasibət bildirib: "Bunu oyundan əvvəl müəyyənləşdirmişdik. Siyahıda 3 futbolçunun adı var idi. Onlardan biri də Rodriges idi".(report)







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol