5 dekabr 2025. Cümə

Azərbaycan yaxşı rəqibdir - Laifis


Azərbaycan yaxşı rəqibdir - Laifis

"Müsbətin mənfi cəhətdən çox olduğu oyunu geridə qoyduq. Sözsüz ki, nəticədən məyusuq, amma uduzduğumuz oyunda müsbət hallar var idi". 

Corner.az-ın "Sportime.sigmalive" nəşrinə istinadən verdiyi məlumata görə, bu fikirləri Kipr yığmasının futbolçusu Konstantinos Laifis Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının II tur matçından əvvəl mətbuat konfransında deyib. 

27 yaşlı müdafiəçi bildirib ki, gənc oyunçular öz komandalarından yığmaya hazır vəziyyətdə gəlməlidir. Belçikalı baş məşqçi onların öz klublarında müntəzəm oynamalı olduğunu diqqətə çatdırıb.

Laifis Azərbaycan millisinin yaxşı rəqib olduğunu söyləyib: "Rəqibimiz haqqında bacardığımız qədər məlumatı sabaha qədər toplamağa çalışacağıq. Əminəm ki, gənc oyunçular güclü bir komanda quracaqlar". 

Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda ilk turda evdə Lüksemburqa 1:2, Kipr isə Monteneqroya 0:2 hesabı ilə uduzub. (report)







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”