22 oktyabr 2024. Çərşənbə axşamı

Belçika, Fransa və Portuqaliya'dan qələbə, İngiltərə heç-heçə etdi


Belçika, Fransa və Portuqaliya'dan qələbə, İngiltərə heç-heçə etdi
Bu gün UEFA Millətlər Liqasında daha 9 oyun keçirilib.
 
Corner.az xəbər verir ki, A, C və D liqasında baş tutan matçlardan sonra 2-ci tura yekun vurulub.
 
A Liqasının 2-ci turunda Belçika evdə İslandiyanı, Danimarka isə İngiltərəni qəbul edib. Belçika darmadağınla qələbə qazanıbsa, İngiltərə Danimarkada heç-heçə ilə razılaşıb.
 
3-cü qrupda Xorvatiya səfərdə Fransanın, Portuqaliya İsveçin qonağı olub. Fransızlar evdə, portuqalliyalar səfərdə inamlı qələbə qazanıb.
 
C liqasında Kipr – Azərbaycan görüşü ilə yanaşı, daha 3 matç oynanılıb. Millimizin qələbəyə sevindiyi gündə qrupun digər oyununda Monteneqro da səfərdə Lüksemburqu məğlub edib. Gürcüstan isə Şimali Makedoniya ilə ev oyunundan xal itkisi ilə ayrılıb. Estoniya da səfərdə Ermənistana uduzub
 
D liqasının yeganə görüşündə isə San Marino Lixtenşteynlə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıb.
 
UEFA Millətlər Liqası
8 sentyabr
 
A Liqası, 2-ci qrup
 
Belçika – İslandiya 5:1
Qol: Vitsel, 13. Batşuayi, 17; 69. Mertens, 50. Doku, 80 – Fridyonsson, 11.
 
Danimarka – İngiltərə 0:0
 
Belçika – 6, İngiltərə – 4, Danimarka – 1, İslandiya – 0
 
A Liqası, 3-cü qrup
 
Fransa – Xorvatiya 4:2
Qol: Qrizmann, 43. Livakoviç, 45+1-öz qapısına. Upamekano, 65. Jiru, 77-pen – Lovren, 17. Brekalo, 55.
 
İsveç – Portuqaliya 0:2
Qol: Ronaldo, 45+1; 72-pen.
 
Portuqaliya – 6, Fransa – 6, İsveç – 0, Xorvatiya – 0
 
C Liqası, 1-ci qrup
 
Kipr – Azərbaycan 0:1
Qol: M.Medvedev, 29.
 
Lüksemburq – Monteneqro 0:1
Qol: Beqiray, 90+3-pen.
 
Monteneqro – 6, Lüksemburq – 3, Azərbaycan – 3, Kipr – 0
 
C Liqası, 2-ci qrup
 
Gürcüstan – Şimali Makedoniya 1:1
Qol: Okriaşvili, 13-pen – Ristovski, 33.
 
Ermənistan – Estoniya 2:0
Qol: Karapetyan, 43. Anqulo, 65.
 
Şimali Makedoniya – 4, Gürcüstan – 4, Ermənistan – 3, Estoniya – 0
 
D Liqası, 2-ci qrup
 
San-Marino – Lixtenşteyn 0:2
Qol: Hasler, 3. Frik, 14.
 
Lixtenşteyn – 3, Cəbəllütariq – 3, San Marino – 0






Millətlər liqası

"İnter" Zielinskini itirdi
  • Millətlər liqası
  • 23:18 17.10.2024
"İnter" Zielinskini itirdi
Bu ölkə Rusiya yığmasıyla oynamaq istəyir
  • Millətlər liqası
  • 17:58 17.10.2024
Bu ölkə Rusiya yığmasıyla oynamaq istəyir
"Onunla işləməyi səbirsizliklə gözləyirəm""
  • Millətlər liqası
  • 17:21 16.10.2024
"Onunla işləməyi səbirsizliklə gözləyirəm""