14 noyabr 2026. Şənbə

Oyunumuzu tapa bilmədik - Yohan Valem


Oyunumuzu tapa bilmədik  - Yohan Valem
Kipr millisinin baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyun haqda açıqlama edib.
 
Corner.az xəbər verir ki, 48 yaşlı mütəxəssis minimal hesabla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
“Oyuna yaxşı başlamadıq. Xüsusən hesabda geri düşdükdən sonra oyunumuzu tapa bilmədik. Fasilədən sonra oyunda dönüş yaratmaq üçün dəyişikliklərə əl atdıq. Üstünlüyü ələ alsaq da, qol vurmağı bacarmadıq. Komandada çoxlu dəyişiklik olub. Gənc oyunçulara necə oynamaq lazım olduğunu demişəm. Ancaq bu dəyişikliklər tez zamanda öz bəhrəsini vermir. Onların daha çox inkişaf etməyə ehtiyacı var”.






Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib