14 noyabr 2026. Şənbə

Azarkeşsiz futbol - klounsuz sirkə bənzəyir - Ronaldo


Azarkeşsiz futbol - klounsuz sirkə bənzəyir - Ronaldo

"Azarkeşlərin tribunalardan fitə basmalarını sevirəm. Bu, məni daha da motivasiya edir".

Corner.az-ın məlumatına görə, bu fikirləri Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo İsveçi səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra "Record"a açıqlamasında deyib. 

35 yaşlı hücumçu matçların azarkeşsiz keçirilməsinə toxunub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarlarının önəmli olduğunu sözlərinə əlavə edib: "ÜST azarkeşləri qəbul etməklə bağlı şəraitin olmadığını deyirsə, deməli, belədir. Sağlamlıq və insanların həyatı birinci yerdədir. Ancaq tribunalarda azarkeşsiz oynamaq - sirkə getmək və orada klounları görməmək kimi bir şeydir". 

Qeyd edək ki, qarşılaşmada dubl edən Kriştianö Ronaldo vurduğu birinci qolla milli komandalarda 100-cü qola çatan ikinci futbolçu olub.(report)







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib