22 noyabr 2024. Cümə

Sanki dünya çempionu ilə qarşılaşacağıq


Sanki dünya çempionu ilə qarşılaşacağıq

"Yaxşı komandaya qarşı oynayacağıq. Matça ciddi yanaşırıq. 6 xalla qrup lideri olsaq da, bu, bizim üçün elə də böyük üstünlük deyil".

Corner.az xəbər verir ki, bu sözləri Monteneqro millisinin baş məşqçisi Faruk Hacibegiç UEFA Millətlər Liqasının qrup mərhələsində III turun Azərbaycanla oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Bosniyalı mütəxəssis bildirib ki, sabahkı qarşılaşmada mümkün məğlubiyyət vəziyyəti çətinləşdirə bilər: "Belədə 3 yığmanın 6 xalı ola bilər. Sabah biz qalib gəlib, Lüksemburqun uduzmasını gözləməliyik. Hələlik nəticələrdən razıyam. Lakin riyazi baxımdan birinci yeri təmin etməmişik. Futbolçulardan maksimum konsentrasiya xahiş edirəm. Azərbaycan yığması azlıqda Lüksemburqa qol vurub və səfərdə Kipri udub, hörmətəlayiq komandadır. Qələbə üçün hər şeyi edəcəyik. Bu matça elə yanaşıram ki, sanki dünya çempionu ilə qarşılaşacağıq".

63 yaşlı baş məşqçi Aleksandr Şekiçin zədəli, Stefan Saviçin isə cəzalı olduğu üçün millimizlə oyunu buraxacağını söyləyib.

Azərbaycan millisinin Avro-2004-ün seçmə mərhələsində Podqoritsada Monteneqro ilə 2:2 hesablı heç-heçəsini xatırlayan Hacibegiç keçmişə yox, gələcəyə baxmalı olduqlarını vurğulayıb: "Bizim üçün müsbət dinamika yaratmaq önəmlidir. Həmin görüşün nəticəsindən xəbərimiz var. Həmçinin bilirik ki, Azərbaycanın hələ də digər komandaları narahat etmək imkanı var. Bu, bizə də aiddir. Məqsəd rəqibə ciddi yanaşmaqdır".

Komandada ab-havanın yüksək olduğunu deyən mütəxəssis oyunçuların istəkli olduğunu bildirib: "Amma hamı ehtiyatlı olmalıdır. Çünki hər şey mümkündür. Hələ B liqasına vəsiqəni rəsmiləşdirməmişik".

Qeyd edək ki, sabah Podqoritsa şəhərindəki "Qradski" stadionunda keçiriləcək Monteneqro-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.







Millətlər liqası

"Hələ fəth edəcəyim çox şey var!"  - Ronaldo
  • Millətlər liqası
  • 22:29 12.11.2024
"Hələ fəth edəcəyim çox şey var!" - Ronaldo
Odeqard Norveç millisindən ayrılıb
  • Millətlər liqası
  • 15:34 12.11.2024
Odeqard Norveç millisindən ayrılıb
Milli komandaya qayıtmağı düşünmür
  • Millətlər liqası
  • 22:58 07.11.2024
Milli komandaya qayıtmağı düşünmür
Mbappe Fransa millisinə çağırılmayıb
  • Millətlər liqası
  • 18:13 07.11.2024
Mbappe Fransa millisinə çağırılmayıb
Milliyə çağırılmayacaq
  • Millətlər liqası
  • 01:26 07.11.2024
Milliyə çağırılmayacaq