30 sentyabr 2026. Çərşənbə

Keyn sıradan çıxdı


Keyn sıradan çıxdı

İngiltərə millisinin və “Tottenhem”in futbolçusu Harri Keyn zədələnib.

Corner.az “Mirror”a istinadən xəbər verir ki, o, yığmanın məşqi zamanı zədə alıb.

“Tottenhem” 27 yaşlı hücumçunu milli komandanın düşərgəsindən kluba qaytarmağa çalışsa da, yığmanın baş məşqçisi Qaret Sautqeyt Keynin millidə qalmasını istəyib.

Təcrübəli oyunçunun bu gün Millətlər Liqasının 3-cü turunda Belçika ilə matçda iştirak edib-etməyəcəyi isə sual altındadır. 

Keyn bu ilin yanvar ayında da zədə səbəbindən əməliyyat olunmuşdu.

Qeyd edək ki, H.Keyn Premyer Liqanın yeni mövsümündə 4 oyuna çıxıb və 3 qol vurub.(qol)







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol