30 sentyabr 2026. Çərşənbə

Venger Millətlər Liqasının ləğvini istəyir


Venger Millətlər Liqasının ləğvini istəyir

 "Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger UEFA Millətlər Liqasının keçirilməsinə qarşıdır.

Corner.az xəbər verir ki, fransalı mütəxəssis "Bild" nəşrinə açıqlamasında turnirin ləğvinin tərəfdarı olduğunu söyləyib.

Onun fikrincə, hər kəsin başa düşdüyü yarışlar keçirilməlidir: "Millətlər Liqasından canımızı qurtarmalı və hamı üçün aydın olan çıxış yolu tapmalıyıq. Küçəyə çıxıb Millətlər Liqasının nə olduğunu soruşsanız, az adam bunu izah edə biləcək. Mümkün qədər az yarış keçirməliyik. İki ildən bir təşkil olunan dünya və Avropa çempionatları müasir dünya üçün daha uyğundur".

Qeyd edək ki, UEFA Millətlər Liqası 2018-ci ildən keçirilir.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol