5 dekabr 2025. Cümə

Lorisdən Fransa millisi üçün yeni rekord


Lorisdən Fransa millisi üçün yeni rekord

Fransa millisinin və “Tottenhem”in qapıçısı Uqo Loris yığma komandanın yeni rekordunu müəyyənləşdirib.

Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, 33 yaşlı qapıçı buna ötən gün Millətlər Liqasının 4-cü turunda Xorvatiya ilə matçda (1:2) nail olub. Fransa millisinin heyətində 72-ci rəsmi oyununa çıxan qolkiper belə nəticə ilə millidə ən çox rəsmi oyun keçirən futbolçu olub.

Bundan əvvəl ən yüksək göstərici Lilian Tyorama məxsus idi. O, yığma komanda ilə 71 rəsmi matçda iştirak etmişdi. 3-cü yerdə isə Tyerri Anridir- 66 qarşılaşma.

Qeyd edək ki, Fransa millisi A Liqasının 3-cü qrupunda 10 xalla 2-cidir. Cədvələ aktivində eyni xalı olan Portuqaliya millisi başçılıq edir. Xorvatiya 3 xalla 3-cü, İsveç isə 0 xalla sonuncudur.







Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”