27 aprel 2025. Bazar günü

Ramos'dan yeni rekord


Ramos'dan yeni rekord
İspaniya millisinin kapitanı Serxio Ramos yeni rekorda imza atıb.
 
Corner.az xəbər verir ki,  “Real Madrid”in müdafiəçisi Avropada milli forma ilə ən çox oyuna çıxan futbolçuya çevrilib.
 
O, bunu UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində İsveçrəyə qarşı keçirdikləri səfər oyununda (1:1) rəsmiləşdirib.
 
Start heyətdə meydana çıxan və sonadək meydanda olan Ramos millidə 177-ci oyununu keçirib. Bununla da o, millidə 176 oyun keçirmiş İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffonu geridə qoyub. 
 
Qeyd edək ki, Ramos İsveçrə ilə görüşdə iki penaltini qaçırıb. Onun 57-ci və 80-ci dəqiqələrdə yerinə yetirdiyi hər iki penalti zərbəsini rəqib qapıçı dəf edib.






Millətlər liqası