30 sentyabr 2026. Çərşənbə

Levandovski Niderlandla matçı buraxa bilər


Levandovski Niderlandla matçı buraxa bilər

Polşa millisinin və “Bavariya”nın futbolçusu Robert Levandovski yığmanın Millətlər Liqasının 6-cı turunda Niderlandla keçirəcəyi oyunu buraxa bilər.

Corner.az “Sportowe Fakty”yə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu 5-ci turda İtaliya ilə oyunun (0:2) ikinci hissəsində əzələ problemi ilə üzləşib. Matçdan sonra futbolçunun ağrıları daha da güclənib.

Bundan əlavə, Levandovski ardıcıl 4 matçda meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, 18 noyabrda “Slaski” stadionunda keçiriləcək Polşa – Niderland görüşü Bakı vaxtı ilə 23:45-də başlayacaq.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol