30 sentyabr 2026. Çərşənbə

Almaniya darmadağın oldu, Fransa və Portuqaliyadan qələbə


Almaniya darmadağın oldu, Fransa və Portuqaliyadan qələbə

 UEFA Millətlər Liqasında qrup mərhələsinin sonuncu turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

C Liqasının 1-ci qrupunda yer alan Azərbaycan yığması da son oyununa bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi yığmamız  səfərdə Lüksemburqla qolsuz bərabərliyə razılaşıb. Qrupun digər matçında Kipr Monteneqro ilə üz-üzə gəlib. Bu oyunda darmadağınla qalib gələn Monteneqro qrup qalibi olmaqla B liqasına yüksəlib.

A Liqasının 4-cü qrupunda İspaniya öz meydanında Almaniyanı qəbul edib. Almaniya yığması məğlub olmayacağı halda, qrupu lider olaraq bitirəcəkdi. Lakin İspaniya bu komandanı 6 cavabsız qolla darmadağın edib. Qrupun digər oyununda Ukrayna ilə İsveçrə yığmaları üz-üzə gəlməli olsa da, bu görüş koronavirusa görə keçirilməyib.

A Liqasının 3-cü qrupunda Xorvatiya – Portuqaliya və Fransa – İsveç matçları keçirilib. Bol qollu bu görüşdə Portuqaliya və Fransa yığmaları qələbə qazanıb.

Qeyd edək ki, qrup mərhələsinə noyabrın 18-də yekun vurulacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi

17 noyabr

A liqası, 3-cü qrup

Xorvatiya – Portuqaliya 2:3
Qol: Qol: Kovaçiç, 29; 65 – R.Dias, 52; 90+1. J.Feliks, 61.

Fransa – İsveç 4:2
Qol: Jiru, 17; 59. Pavar, 38. Koman, 90+5 – Klaesson, 5. Kayson, 88.

Fransa – 16, Portuqaliya – 13, Xorvatiya – 3, İsveç – 3.

A liqası, 4-cü qrup

İspaniya – Almaniya 6:0
Qol: Morata, 17. F.Torres, 33; 55; 71. Rodri, 38. Oyarzabal, 89.

İsveçrə – Ukrayna matçı təxirə salınıb

İspaniya – 11, Almaniya – 9, Ukrayna – 6, İsveçrə – 3.

C liqası, 1-ci qrup

Monteneqro – Kipr
Qol: Yovetiç, 14. Bolyeviç, 25; 28. Muqoşa, 60.

Lüksemburq – Azərbaycan 0:0

Monteneqro – 13, Lüksemburq – 10, Azərbaycan – 6, Kipr – 4.

D liqası, 1-ci qrup

Andorra – Latviya 0:5
Qol: Çernomordiys, 6. İkaunieks, 57; 60. Qutkovski, 70-pen. Krollis, 90-pen.

Malta – Farer adaları 1:1
Qol: Guillaumye, 54 – Yonsson, 70.

Farer adaları – 12, Malta – 9, Latviya – 7, Andorra – 2.

D liqası, 2-ci qrup

Cəbəllütariq – Lixtenşteyn 1:1
Qol: Frommelt, 17-öz qapısına – Frik, 44.

Cəbəllütariq – 8, Lixtenşteyn – 5, San Marino – 2.







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol