5 dekabr 2025. Cümə

Real kapitanını itirdi


Real kapitanını itirdi

İspaniya millisinin və "Real Madrid"in futbolçusu Serxio Ramos sıradan çıxıb.

Corner.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi Almaniya ilə hazırda davam edən UEFA Millətlər Liqasının VI tur matçının 42-ci dəqiqəsində sağ baldırının arxa ətrafından zədələnib. Nəticədə kapitan meydanı tərk edib və yerini Erik Qarsiyaya verib. Ramosun zədəsinin nə dərəcədə ciddi olması ətraflı tibbi müayinədən sonra bilinəcək.

Bu, Ramosun yığmada 178-ci oyunu olub. Təcrübəli futbolçu sözügedən göstəricidə Küveyt millisinin sabiq hücumçusu Bader əl-Mutvaya çatıb. O, yalnız omanlı Əhməd Mübarəkə (179 oyun) və misirli Əhməd Həssənə (184 oyun) uduzur.

Qeyd edək ki, bu oyunda İspaniya yığması Almaniyaya 6:0 hesabıyla qalib gəlib.






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”