5 dekabr 2025. Cümə

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi


UEFA Norveç millisinə texniki məğlubiyyət verdi
UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilməli olan, lakin koronavirusa görə təxirə salınan Rumıniya – Norveç matçı ilə bağlı yekun qərar açıqlanıb.
 
Corner.az xəbər verir ki, UEFA səfər matçına yollanmayan Norveç millisinə texniki məğlubiyyət verib.
 
Bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb. UEFA Norveç Futbol Assosiasiyasına 5 gün vaxt da verib. Təşkilat qarşılaşmada iştirakdan imtinanın əsaslı səbəbini Avropa futbol qurumuna bildirməlidir. Norveç tərəfi daha sonra apellyasiya şikayəti verə bilər.
 
Qeyd edək ki, Norveç Səhiyyə Nazirliyi milli komandanın səfərə çıxmasına icazə verməmişdi. Buna yığmanın heyətində bəzi futbolçuların koronavirus testinin müsbət çıxması səbəb göstərilmişdi.






Millətlər liqası

"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
  • Millətlər liqası
  • 12:10 09.06.2025
"Əgər Yamalı əvəz edibsə, səbəbi var'"
Mbappe Fransa millisində 50-ci qolunu vurub
  • Millətlər liqası
  • 18:11 08.06.2025
Mbappe Fransa millisində 50-ci qolunu vurub
 “Bu mövqe onun və komandanın xeyrinədir”
  • Millətlər liqası
  • 02:50 08.06.2025
“Bu mövqe onun və komandanın xeyrinədir”
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”
  • Millətlər liqası
  • 23:46 07.06.2025
“Bu komanda hər şeyi sıfırdan qurmalıdır”