30 sentyabr 2026. Çərşənbə

Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu


Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

Corner.az xəbər verir ki, 6-cı turun son oyun günündə A, B və C Liqalarında ümumilikdə 18 qarşılaşma keçirilib.

A Liqasının 1-ci qrupunda İtaliya millisi səfərdə Bosniya və Herseqovinanın, Niderland yığması isə Polşanın qonağı olub. Bosniya və herseqovinalılardan başqa, digər 3 komandanın pley-off şansı davam edirdi. Hər iki oyunda qonaqlar qələbə qazanıb.

2-ci qrupda Belçika və Danimarka lideri müəyyənləşdirmək üçün mübarizə aparıb. Bolqollu matçda belçikalılar inamlı qələbə qazanıb. Digər matçda İngiltərə millisi İslandiyanı sınağa çəkib və darmadağınla qalib gəlib.

B Liqasında 1-ci qrupunda lider Avstriya ikinci pillədə qərarlaşan Norveç seçməsini qəbul edib. Bu qarşılaşma qrupun qalibini müəyyənləşdirəcəkdi. Görüş heç-heçə bitib və sevinən tərəf avstriyalılar olub. 2-ci qrupda pley-offa çıxmağa iddialılardan Şotlandiya səfərdə İsrail, Çexiya isə evdə Slovakiya ilə qarşılaşıb. Çexiya və İsrail yığmaları günü qalib kimi başa vurub.

3-cü qrupda da bütün suallara son turda aydınlıq gəlib. 6 xalla 3-cü pillədə qərarlaşan Türkiyə millisi qrupdan çıxmaq üçün səfərdə Macarıstanı udmalı və Rusiyanın Serbiya ilə matçda xal itirməsini gözləməliydi. Ruslar uduzsa da lakin türklər özləri də məğlubiyyətlə qarşılaşıblar və qrup sonuncusu olublar.

B Liqasının 4-cü qrupunda əsas diqqətlər Uels – Finlandiya görüşünə yönəlmişdi. 13 xalla zirvədə yer alan britaniyalılar özlərindən 1 xal az toplayan rəqibi ilə qarşılaşmada mövqeyini qorumağı hədəfləmişdi. Hər şey məhz Uelsin xeyrinə yekunlaşıb.

D Liqasının 3-cü qrupunda Yunanıstan və Sloveniya yığmaları pley-offa vəsiqənin taleyini öz aralarındakı oyunda həll ediblər. Matç qolsuz bitdiyindən Sloveniya yığması qrup qalibi olub. 4-cü qrupda isə Albaniya – Belarus matçı həlledici olub. Bu görüşdə də albanlar qələbə qazanıb.

UEFA Millətlər Liqası
Qrup mərhələsi

18 noyabr

A Liqası, 1-ci qrup

Bosniya və Herseqovina – İtaliya 0:2
Qol: Belotti, 22. Berardi, 68.

Polşa – Niderland 1:2
Qol: Jozvyak, 6 – Depay, 77-pen. Veynaldum, 84.

İtaliya – 12, Niderland – 11, Polşa – 7, Bosniya və Herseqovina – 2.

A Liqası, 2-ci qrup

İngiltərə – İslandiya 4:0
Qol: Rays, 20. Mount, 24. Foden, 80; 84.

Belçika – Danimarka 4:2
Qol
: Tilemans, 3. Lukaku, 57; 69. De Breyne, 87 – Vind, 17. Şadli, 86-öz qapısına.

Belçika – 15, Danimarka – 10, İngiltərə – 10, İslandiya – 0.

B Liqası, 1-ci qrup

Şimali irlandiya – Rumıniya 1:1
Qol: Boyse, 56 – Bikfalvi, 81.

Avstriya – Norveç 1:1
Qol: Qrbiç, 90+4 – Zahid, 61.

Avstriya – 13, Norveç – 10, Rumıniya – 5, Şimali İrlandiya – 2.

B Liqası, 2-ci qrup

İsrail – Şotlandiya 1:0
Qol: Solomon, 44.

Çexiya – Slovakiya 2:0
Qol: Souçek, 17. Ondraşek, 55.

Çexiya – 12, Şotlandiya – 10, İsrail – 8, Slovakiya – 4.

B Liqası, 3-cü qrup

Serbiya – Rusiya 5:0
Qol: Radonyiç, 10. Yoviç, 25; 45+1. Vlahoviç, 41. Mladenoviç, 64.

Macarıstan – Türkiyə 2:0
Qol: Siger, 57. Varqa, 90+5.

Macarıstan – 11, Rusiya – 8, Serbiya – 6, Türkiyə – 6.

B Liqası, 4-cü qrup

İrlandiya – Bolqarıstan 0:0

Uels – Finlandiya 3:1
Qol: Uilson, 29. Ceyms, 46. Mur, 84 – Pukki, 63.

Uels – 16, Finaldniya – 12, İrlandiya – 3, Bolqarıstan – 2.

C Liqası, 2-ci qrup

Ermənistan – Şimali Makedoniya 1:0
Qol
: Hambardzumyan, 55.

Gürcüstan – Estoniya 0:0

Ermənistan – 11, Şimali Makedoniya – 9, Gürcüstan – 7, Estoniya – 3.

C Liqası, 3-cü qrup

Kosovo – Moldovo 1:0
Qol: Kastrati, 31.

Yunanıstan- Sloveniya 0:0

Sloveniya – 13, Yunanıstan – 12, Kosovo – 2, Moldova – 1.

C Liqası, 4-cü qrup

Qazaxıstan – Litva 1:2
Qol: Aymbetov, 38 – Vorobyovas, 40. Novikovas, 90+4.

Albaniya – Belarus 3:2
Qol: Çikalleşi, 20; 27-pen. Manaj, 44 – Skaviş, 35. Ebonq, 80.

Albaniya – 11, Belarus – 10, Litva – 8, Qazaxıstan – 4







Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol