30 sentyabr 2026. Çərşənbə

İspaniya yığması İtaliya üzərində qələbə ilə finalda!


İspaniya yığması İtaliya üzərində qələbə ilə finalda!
UEFA Millətlər Liqasında final mərhələsinin oyunlarına start verilib. Corner.az xəbər verir ki, A liqasında qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparır.
 
Yarımfinalın ilk oyununda son Avropa çempionu İtaliya İspaniya ilə üz-üzə gəlib. Milanın "San-Siro" stadionunda keçirilən görüşdə ispanlar inamlı qələbə qazanıb.

Digər yarımfinal görüşü oktyabrın 7-də Belçika və Fransa yığmaları arasında olacaq. Oktyabrın 10-da isə final və 3-cü yer uğrunda oyunlar keçiriləcək. Bütün matçlar İtaliyada gerçəkləşəcək.
 
Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər final"ının ilk qalibi Portuqaliya millisi olub.
 
UEFA Millətlər Liqası, final mərhələsi
Yarıminal
 
İtaliya - İspaniya 1:2
Qol: L.Pelleqrini, 83 - F.Torres, 17; 45+1.
Qırmızı vərəqə: L.Bonuççi, 42.
Hakimlər: Sergey Karasyov, İqor Demeşko, Maksim Qavrilin (Rusiya)
Milan. "San-Siro" stadionu.






Millətlər liqası

Slovakiya Qazaxıstanı məğlub etdi
  • Millətlər liqası
  • 01:15 30.09.2026
Slovakiya Qazaxıstanı məğlub etdi
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
  • Millətlər liqası
  • 01:12 30.09.2026
Yamal İspaniya millisində 10-cu qolunu vurdu
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
  • Millətlər liqası
  • 01:10 30.09.2026
Estoniya səfərdə Bolqarıstanla heç-heçə etdi
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol
  • Millətlər liqası
  • 01:00 30.09.2026
İsveçrədən Şotlandiyaya 3 cavabsız qol