14 noyabr 2026. Şənbə

İspaniyanın finaldakı rəqibi bəlli oldu


İspaniyanın finaldakı rəqibi bəlli oldu

Bu gün UEFA Millətlər Liqasının final mərhələsində ikinci yarımfinal görüşü keçirilib. Corner.az xəbər verir ki, bu oyunda İspaniya millisinin finaldakı rəqibi müəyyənləşib.

“Dördlər finalı”nda həlledici qarşılaşmaya son vəsiqə uğrunda Belçika və Fransa yığmaları qarşılaşıblar. Beş qolun qeydə alındığı matçda Fransa yığması əzmkar qələbə qazanaraq ikinci finalçı olub.

Yarımfinalın ilk görüşündə İspaniya millisi İtaliyanı 2:1 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, 3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da olacaq. İkinci dəfə təşkil olunan “Dördlər finalı”nda ilk qalib Portuqaliya millisi olub.

UEFA Millətlər Liqası, final mərhələsi
Yarıminal
7 oktyabr

Belçika – Fransa 2:3
Qol: Y.Karrasko, 37. R.Lukaku, 41 – Benzema, 62. Mbappe, 69-pen. T.Ernandes, 90+1.
Hakimlər: Daniel Zibert, Yan Zaydel, Eduard Baytunger, Harm Osmers (hamısı Almaniya).
Turin. “Yuventus” stadionu.







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib