14 noyabr 2026. Şənbə

Bilmirəm bu turnirdə niyə çıxış edirik - Kurtua


Bilmirəm bu turnirdə niyə çıxış edirik - Kurtua

Belçika yığmasının qapıçısı Tibo Kurtua Millətlər Liqasının yarımfinalında Fransaya uduzduqları oyundan sonra fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı qolkiper, 2:3 hesabıyla bitən görüşü belə şərh edib:

“Sakit qalmağı bacarmadıq. Rəqibin gücünə baxanda bu normal görünə bilər. Amma ikinci hissədə belə təzyiqlərin qarşısını ala bilərdik.

Məğlub olduğumuz üçün xəyal qırıqlığı yaşayırıq. Bilmirəm bu turnirdə niyə çıxış edirik. Düşünürəm ki, üçüncü yer uğrunda İtaliyaya qarşı oynamasaq da olar”.

Millətlər Liqasının bürünc medalı uğrunda keçiriləcək İtaliya – Belçika matçı oktyabrın 10-da olacaq.







Millətlər liqası

Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
  • Millətlər liqası
  • 02:11 14.11.2026
Hakimi Mərakeş millisində ilk dəfə dubl edib
Andorra millisi Cəbəllütariqi məğlub edib
  • Millətlər liqası
  • 02:05 14.11.2026
Andorra millisi Cəbəllütariqi məğlub edib